Həzm sistemini sürətləndirmək üçün bu çayı için – Resept

Aparılan araşdırmalara görə, böyük ailə yeməklərində və ya bayram günlərində bir nəfər orta hesabla 4500 və daha çox kalori qəbul edir.  Bu da gündəlik qəbul edilən normadan ikiqat daha çox olur. Nəticədə, lazım olduğundan çox yeyirik. Təbii ki, bu da həzm problemlərinin yaranmasına gətirib çıxarır.

 

Medpress.az  bədənin həzm sistemini sürətləndirən çay reseptini təqdim edir:

 

Ərzaqlar:

 

1 limonun təzə sıxılmış suyu

 

1 çay qaşığı bal

 

Bir çimdik zəncəfil tozu

 

Bir çimdik qırmızı istiot

 

Bir çimdik mixək tozu

 

İsti su

 

Lazım olan ərzaqların hamısını bir stəkana töküb, üstünə qaynar su əlavə edərək qarışdırın. Bunu yeməkdən dərhal sonra və ya ertəsi gün yuxudan oyanarkən acqarına için. Lakin gündə bir stəkandan artıq içmək məsləhət deyil.

 

 

(Visited 236 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir