Sosial şəbəkələr beyinə mənfi təsir edir

Sosial şəbəkələr beyinin fəaliyyətinə mənfi təsir göstərir. Miçiqan universiteti alimlərinin araşdırmasına görə, sosial şəbəkə asılılığından əziyyət çəkənlər, eləcə də narkomanlar qərar qəbul etməkdə problemlə üzləşirlər.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, araşdırma çərçivəsində alimlər 71 könüllünün Faceboookdan psixoloji asılılıq səviyyəsini qiymətləndiriblər. Onlar sosial şəbəkədən istifadə tezliyi, ona giriş mümkün olmayanda onların emosiyaları, eləcə də Facebook-un onların işinə və təhsilinə təsiri ilə bağlı suallara cavab veriblər.

 

Bundan əlavə, könüllülərə qərar qəbul etmək qabiliyyətlərinin dəyərələndirilməsi məqsədilə standart psixoloji tapşırıqlar təqdim edilib. Tapşırığı uğurlu yerinə yetirmək üçün ən sərfəli kart dəsti tələb edilib. Kimin sosial şəbəkə asılılığı daha çox olubsa, o andaca tapşırığı daha pis yerinə yetirməyə başlayıb.

Analoji nəticələr narkotik və digər asılılıq formaları olanlarda da müşahidə edilib.

 

(Visited 115 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir