Moskvada psixonevroloji dispanserdə qeydiyyatda olan 51 yaşlı qadın bir aya yaxın mənzildə 29 yaşlı ölü oğlu yaşayıb. İlkin versiyaya görə, gənc oğlanı anası özü boğub. Onu tapanda, bədəni artıq parçalanırmış.
Medpress.az Rusiya mediasına istinadən xəbər verir ki, gənc oğlan “Pedaqogika müalicə mərkəzi” regional xeyriyyə ictimai təşkilatının sistem adminiostratoru işləyib. Əməkdaşı ilə əlaqəni itirən təşkilatın nümayəndəsi polisə müraciət edib.
Ölənin anası mənzilin qapısını polislərə açmayıb. Mərkəzin hüquqşünasları isə mənzilin qapısının qıfılının qırılması üçün bir aya yaxın polisləri dilə tutublar.
Martın 28-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və sahə müvəkkili qapını açıblar. Onlar oğulun meyitini dəhlizdə aşkar ediblər. Meyit tibbi-məhkəmə ekspertizasına verilib, evin sahibəsini isə ruhi xəstəxanaya aparıblar.