69 yaşlı məşhur aktyorun oğlu oldu

Hollivud aktyoru Riçard Qir ikinci dəfə ata olub. Onun həyat yoldaşının hamilə qalması hələ ötən ilin sentyabr ayından məlum idi.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 69 yaşlı Qir və 35 yaşlı həyat yoldaşı Alexandra Silvanın oğlu dünyaya gəlib. Yayılan xəbərə görə, doğuş bir neçə gün əvvəl olub. Yeni doğulan körpənin adı hələ ki məlum deyil. Doğuş Nyu-Yorkda baş tutub. 

 

Cütlük üçün bu ilk ümumi uşaqdır, ancaq hər iki valideyn üçün oğlan ikinci övladdır. Qirin Keri Louell ilə nikahdan 18 yaşlı Homer adlı oğlu var. Silva əvvəlki münasibətindən 6 yaşlı oğlu Alberti böyüdür.

 

 

(Visited 76 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir