Ərinizlə yatmazdan əvvəl edəcəyiniz 7 şey

Hamı istəyir ki, münasibətləri möhkəm və xoşbəxt olsun. Ancaq bunun üçün həm qadın, həm də kişi səy göstərməlidir.

 

Medpress.az xarici mətbuata istinadən ərlə-arvadın münasibətlərində hormoniyaya yardımçı ola biləcək bir neçə faydalı vərdişləri təqdim edir.

 

1. Gecə iş haqqında düşünməyin

 

Hətta əgər çox yüklənibsinizsə, buna əməl etməlisiniz. İstənilən halda işlə bağlı məsələ səhəri günə qədər gözləyə bilər. Ən yaxşısı vaxtınızı öz yarınıza ayırın.

 

2. Yatmazdan əvvəl iş barədə danışmayın

 

Belə söhbət üçün ən yaxşı vaxt səhər, yaxud axşamdır. Gecə isə dincəlmək və xoş fikirlər üzərində köklənmək lazımdır.

 

3. Qucaqlaşmağı unutmayın

 

İş günündən sonra ən yaxşısı qucaqlaşmaq və öpüşməkdir. Onlar müdafiə, inam və birlik hissi verəcək.

 

4. Yatağa eyni vaxtda uzanın

 

Siz bunu qanunla edin, görəcəksiniz ki, bu sizi necə yaxınlaşdıracaq.

 

5  Telefonunuzu yaddan çıxarın

 

Siz sevimli adamınızın yanında olanda, ən yaxşısı onunla söhbət edin, bir yerdə filmə baxın, bəli, birlikdə vaxt keçirmək üçün az imkan var. Reallıqla yaşayın, sosial şəbəkəni yoxlamaq üçün həmişə macal tapacaqsınız. 

 

6. Uşaqların öz otağında yatması yaxşıdır

 

Sizin şəxsi məkanınız olmalıdır. Hərdən uşaqlarınızın sizin çarpayıda yatmasında dəhşətli bir şey yoxdur. Lakin bunu adətə çevirməyə dəyməz.

 

7. Həmişə vicdanlı olun

 

Tərəflərdən hər biri istənilən bir şeyi – yaxşını da, pisi də vicdanla danışır. Gizlilik yaxşı heç nə vəd etmir, xüsusilə həqiqətin gec, yaxud tez üstünün açıldığını nəzərə almaq lazımdır.

 

 

(Visited 542 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir