“Donuz qripi” bu ölkədə yüzlərlə insanı öldürdü

Hindistanda “donuz qripi” tüğyan edir. Ölkənin Səhiyyə Nazirliyinin yaydığı rəsmi məlumata görə, 2019-cu ilin əvvəlindən H1N1 virusu 226 nəfərin həyatına son quyub.

 

Medpress.az xarici mətbuata istinadən bildirir ki, bir ayda bu ölkədə 6 min insanın “donuz qripi”nə yoluxduğu haqda məlumat verilib.

 

Vəziyyətin ən dəhşətli olduğu yer Radjastan ştatıdır. Burada iki mindən çox “donuz qripi”nə yoluxma qeydə alınıb və 85 nəfər artıq dünyasını dəyişib.

 

Bundan əlavə, Dehlidə mindən çox insan bu virusa yoluxub, 14 nəfər ölüb.

 

Hindistanda “donuz qripi” bundan əvvəl tüğyan etsə də, sürəti indiki kimi olmayıb: ötən il 15 min insan bu virusa yoluxub, ölənlərin sayı isə 1,1 min nəfərə yaxın olub.

 

“Donuz qripi” bir neçə aydır Meksikanın paytaxtı Mexikoda da yayılıb və çoxsaylı insanın ölümünə səbəb olub. İnsanların bu virusdan ölməsi ötən ilin oktyabr ayından başlayıb. Şəhər rəhbərliyinin bildirdiyinə görə, H1N1 virusundan ən azı 20 nəfər ölüb.

 

Gürcüstanda isə “donuz qripi” qurbanlarının sayı 22-yə çatıb. Ermənistanda da bu virusa yoluxma nəticəsində ölənlərin olduğu bildirilib.

 

(Visited 31 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir