Qəddar video oyunları yeniyetmələri aqressivləşdirmir – ARAŞDIRMA

Grand Theft Auto, yaxud Call of Duty qəddar video oyunları uşaqları və yeniyetmələri daha da aqressivləşdirmir. Bu qənaətə Oskford Universitetinin alimləri gəliblər.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, yaşları 14 və 15 olan 1000 britaniyalı yeniyetmənin iştirak etdiyi tədqiqatın gedişində video oyunlardakı amansızlığın uşaqların real həyatına qəddarlıq kimi təsiri ilə bağlı heç bir əlaqə tapılmayıb.

 

Alimlərin sözlərinə görə, Grand Theft Auto oyunundakı kimi yoldan keçənlərə təzyiq etmək, yaxud  Assassin Creeddə olduğu kimi düşmənin başını qopartmaq, əgər yeniyetmənin xoşuna gəlirsə, bu qətiyyən o demək deyil ki, o, gələcək həyatında da aqressiv olacaq.

 

Araşdırmada iştirak edən hər kəsdən bir ay əvvəl kompüterdən istifadə etdiyi və davranışında aqressiv olub-olmadığı soruşulub. Uşaqların aqressiv davranışları haqda onların valideynlərindən də soruşulub. Alimlər AB, və Avropa İttifaqında qəbul olunan video oyunlardakı qəddarlığın təsnifatından istifadə ediblər. Bu təsnifat ilə uşaqların vaxtlarının bir hissəsini izləməklə keçirdikləri oyunlardakı qəddarlığın onların real həyatına təsirini arasında əlaqəni müəyyənləşdirmək istəyiblər. Lakin oyunlar və real həyatdakı qəddarlıqla bağlı heç bir əlaqə müəyyən edə bilməyiblər.

 

(Visited 71 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir