İsti vanna fiziki hərəkətləri əvəz edə bilərmi?

İsti vanna müəyyən mənada fiziki hərəkətlər əvəz edə bilər. “Journal of Applied Physiology” də çap olunan araşdırmada bundan söhbət gedir. İsti vanna bədən tərbiyəsi kimi, əzələlərin möhkəmləndirilməsinə, ümumi tonusun artmasına, eləcə də qanda şəkərin səviyyəsinin normallaşmasına kömək edir.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, məhdud fiziki imkanlı, artıq çəkisi olan kişi-könüllülər araşdırma çərçivəsində isti vanna qəbulu eksperimentində iştirak ediblər. Onlar əvvəlcə 15 dəqiqəni havanın hərarəti 27 dərəcəyə qədər isidilən otaqda keçiriblər. Bundan sonra onların bir hissəsi 60 dəqiqə boyuna qədər doldurulan 39 dərəcə hərarətli vanna qəbul ediblər.

 

Məlum olub ki, isti vanna qanda interleykin-6 konsentrasiyasının, iltibah xüsusiyyətləri əleyhinə citokinin artmasına səbəb olub. İsti vannanın digər effektləri arterial təzyiqi aşağı salan və damar divarını zəiflədə biləcək azot oksidi birləşmələri istehsalının artması ilə də nəticələnib.

 

Alimlər bildiriblər ki, bir neçə həftəlik eksperiment iştirakçılarında acqarına qlükoza səviyyəsi göstəricilərinin, eləcə də insulinin sabit azalması yaranıb. Bundan əlavə, bədənin müxtəlif   hissələrində xroniki iltibahın əlamətlərinin azalması qeydə alınıb.

 

Layihə müəllifləri bu göstəriciləri nəzərə almaqla qeyd ediblər ki, isti vannanın effekti fiziki hərəkətlər ilə tam müqayisə edilə bilər. Onların fikrincə, məcburən az hərəkət edən insanların fiziki formalarını saxlamağa kömək edə bilər.

 

Ancaq onu da nəzərə almaq lazımdır ki, uzun müddət isti vannada qalmaq reproduktiv sağlamlığa, xüsusilə kişilərə mənfi təsir göstərə bilər. Ona görə bu cür vannadan sui-istifadə etmək məsləhət görülmür.

 

(Visited 54 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir