Qara tutun faydaları

Mütəxəssislər ipək qurdlarının yemlənməsi üçün nəzərdə tutulan çəkillərin meyvəsinin müalicəvi xüsusiyyətlərini açıqlayıblar.  Sən demə, bu giləmeyvənin  tərkibindəki faydalı elementlər və vitaminlər insanın immun sistemini möhkəmləndirir və hətta onu anemiyadan xilas etməyə qadirdir.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, elmi əməkdaşlar deyirlər ki, tut ağacı öz müalicəvi xüsusiyyətləri ilə daha çox qədimdən məlum olub. Məsələn, bu giləmeyvənin çox az kalorisi var, ona görə onu çox miqdarda yemək olar və narahatlıq keçirmədən bir neçə klioqram kökəlmək mümkündür.

 

Bundan başqa, çəkil tutunun sidikqovan təsiri var və uzunsürən xəstəliklərdən, əqli və ya fiziki cəhətdən yüklənmələrdən sonra enerjini yaxşı bərpa edir.

 

Həkimlər giləmeyvənin yarpaqlarından da istifadə etməyi məsləhət görüblər. Çünki onlar boğaz gəlməsinə və ya bronxitin həllinə kömək edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir