İlk dəfə sevdiyiniz adam ilə görüş planlaşdırmısınız və bunun üçün qarşınızdakı insana mənfi təsir göstərmək istəmirsinizsə, bəzi yeməklərdən uzaq durmalısınız.
Medpress.az xarici mətbuata istinadla bu qidaları sizin üçün sıraladı. İlk görüşdə, qarşınızdakı insana mənfi təsir göstərmək istəmirsinizsə bəzi yeməklərdən uzaq durmalısınız. Xüsusilə yağlı, ədviyyatlı və sarımsaqlı şeylərdən uzaq durmağınız sizin xeyirnizə olacaqdır. Sadaladığımız yeməklər əvəzinə, daha tək-tək satılan və asan yeyilə bilən yerdə yemək yeməyiniz daha rahat hiss etməyinizi təmin edəcəkdir. Elə ilk görüşdə uzaq durmağınız lazım olan qidalar.
Lavaş, kabab, lahmacun
Lavaş, lahmacun və kabab kimi yeməklər çox gözəldir. Lakin ilk görüşdə ağzınızda fərqli dad və qoxu istəməzsiniz. Bu üzdən bu cür yeməklərdən uzaq durun.
Soğanlı və sarımsaqlı yeməklər
Soğan və sarımsaq qatılmış yeməklər, ilk görüşdə yeməyəcəyiniz lazım olan iyli yeməklərdir. “Soğan və sarımsaq sosu” qatılmış yeməklərdən də uzaq durmalıyıq.
Salat, cəfəri
Göyərtilər çox sağlam qidalar olsa da, dişləriniz arasında qalır və bu səbəbdən ağız dolusu gülməyin baş düşmənidir və bu ilk görüşdə olmamalıdır.
Ədviyyatlı və ağır yeməklər
Acı və ədviyyatı çox sevsək də, qarşımızdakı insan sevməyə bilər. Bundan başqa, ilk görüşdə mədəmizdə və ya həzm sistemimizdə bir problem olmasını istəmirik.
Quru lobya
Ölkəmizin ən məşhur xörəklərindən biri olsa da, mədəni narahat etməsi və qaz yaratmasıquru lobyanın mənfi təsirlərindəndir. O səbəbdən özünüzü daha rahat hiss etməyiniz üçün quru lobya seçimi etməməyi təklif edirik.
Hamburger
İlk görüşdə uzaq durmağınız lazım olan yeməklərdən biri də hamburgerdir. Hamburgeri əllə yeməyiniz, qarşı tərəfə mənfi təsir göstərə bilər.
Spaqetti
Hamımız makaronu çox sevirik. Ancaq makaron yeyərkən ağzımız yağ içində qala və qarşı tərəfə fərqli görünə bilər. Bu üzdən təəssüf ki, makarondan da uzaq durun.