Qadınlar xəyanətə görə necə qisas alırlar? – ARAŞDIRMA

Tərəfdaşları tərəfindən aldadılan qadınlar arasında xəyanətə görə qisas almaq getdikcə populyarlıq qazanır.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu, Illicit Encountersin – evli cütlüklər üçün virtual tanışlıq xidmətinin araşdırması nəticəsində ortaya çıxıb. Məlum olub ki, çoxları tərəfdaşının xəyanətinə görə sadəcə kənarda sevgi romanı yaşamır, həm də emosional reaksiyaya səbəb olması üçün bu haqda özünün ikinci yarısına xəbər verir.

 

Sorğuda min nəfər iştirak edib. Müəyyən edilib ki, xəyanətə görə qisas almaq kişilərlə müqayisədə qadınlarda daha populyardır (31 faizə qarşı 37 faiz). Bu zaman sorğuda iştirak edənlərin 54 faizi etiraf edib ki, bu haqda tərəfdaşına əzab vermək üçün qəsdən danışıblar.

 

Xəyanətə görə qisas tərəfdarlarının 81 faizi hiss ediblər ki, onların davranışlarına tamamilə haqq qazandırılıb, çünki onların tərəfdaşları “sola” birinci gedib.

 

Illicit Encountersin nümayəndələri qeyd edirlər ki, özünün ikinci yarısını xəyanət yolu ilə qisas almağa hazır olan qadınların sayı bir ildə çoxalıb. Bunun izahı sadədir: qadınlar tərəfdaşını özünün qeyri-müəyyən maliyyə gələcəyi, eləcə də başının üzərindəki damı itirmək qorxusundan atıb gedə bilmir.

 

Bu arada xəyanətə görə intiqam müsbət effekt verə bilər, hətta tərəfdaşları bir-birinə yaxınlaşdırar: hər ikisinin kənarda sevgi romanı yaşaması inciklik hissini bəzən sıfıra endirir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir