Qadının uşağı olandan bir ay sonra əkizləri doğulub

Banqladeşdə 20 yaşlı Arifa Sultananın ilk oğlu dünyaya gələndən 26 gün sonra əkizləri doğulub. Qadın ilk övladını fevral ayının axırlarında dünyaya gətirib. Onun üçəm uşağa hamilə qalmasından isə həqiqətən xəbəri olmayıb. Bundan əlavə, hətta həkimlər də nadir qüsurlar səbəbindən onun ikinci uşaqlığının və daha iki dölün böyüməsini görməyiblər.

 

 Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, üstündən təxminən bir ay keçəndən sonra, martın 22-də Arifanın yenidən sançıları tutub. Qadın təcili xəstəxanaya yerləşdirilib. Ona təcili qeysəriyyə əməliyyatı edilib və daha iki körpə – oğlan və qız dünyaya gəlib.

 

Arifa martın 26-da xəstəxanadan buraxılıb və evinə 3 uşaqla qayıdıb. O, indi üçəmləri ərinin əmək haqqının az olması səbəbindən necə yedizdirəcəyi ilə bağlı narahatlıq keçirir. Qadının ərinin aylıq gəliri 70 dollara yaxındır.

 

“Bilmirəm, bu cür məsuliyyətin öhdəsindən necə gələcəyik, çünki pulumuz çoz azdır”, – qadın söyləyib.

 

Ancaq əri ruhdan düşmür: “Bu Allahın möcüzəsidir ki, uşaqların hamısı sağlamdır. Bütün gücümlə cəhd edəcəyəm ki, onlar xoşbəxt olsunlar”.

 

 

(Visited 347 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir