Bu ölkədə qadınlara boşanma qərarı SMS-lə veriləcək

Səudiyyə Ərəbistanı hökuməti məhkəmələrin öhdəsinə qadınlara onların nikahlarının pozulması haqda xəbər verməyi qoyub. Yeni qayda kişilər nikahları pozanda və bu haqda bu haqda məlumat verməyəndə, gizli boşanma təcrübəsinə son qoymalıdır.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, krallığın sakinləri özlərinin ailə statusu haqda məlumatlandırılacaq və hüquqşünasların dediyi kimi, aliment hüquqlarından tam istifadə edə biləcəklər. Əvvəllər qadınların çoxunun xəbəri olmadan boşanma ilə bağlı şikayət verilirdi.

 

Məlumata görə, yeni qayda vəliəhd şahzadə Məhəmməd bin Salmanın həyata keçirdiyi islahatların bir hissəsidir.

 

2018-ci ildə Səudiyyə Ərəbistanında qadınlara avtomobil sürməyə icazə verilib. Bundan əlavə, onlar indi futbol oyunlarına baxmaq üçün stadionlara da gedə bilirlər.

 

Bununla belə, bu ölkədə qadınlar hələ də himayəçi kişinin – ər, ata, qardaş, yaxud oğul yanında olmadan bir çox şeyləri edə bilməzlər. Məsələn, pasport ala, ərə gedə bilməzlər, xaricə səfərə gedə, bankda hesab aça bilməzlər.  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir