Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin 2 nömrəli Doğum evinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Medpress.az bildirir ki, ərəncama əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum evinin əsaslı təmiri məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.