Kişidəki fərasətə bax: 19 qadını yoldan çıxarıb 6 uşaq doğdurdu

Çinin Xenan əyalətinin Çjençjou şəhərində qadınlarla münasibət quraraq onların pullarını mənimsəyən fırıldaqçı yaxalanıb. Qurbanlarının polisə müraciətindən sonra kişinin macəraları hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, artıq 17 qadın ərizə ilə müraciət edib. Onlardan 4-nün kişidən uşağı doğulub, ikisi isə hamilədir.

 

Zərərçəkənlərdən birinin sözlərinə görə, fırıldaqçı onları bahalı hədiyyələrlə şirnikləndirərək valideynlərinin yüksək vəzifəli məmurlar olduğuna inandırıb. Uşaq doğulandan sonra onun avtomobilini və yüz minlərlə yuanını ələ keçirərək izsiz yoxa çıxıb.

 

Kişinin digər qurbanı deyib ki, aspiranturada təhsil alır. O, xanıma ona ərə gəlməyi təklif edərək 5 karat çəkisi olan saxta brilyantlı nişan üzüyü hədiyyə edib. Nişandan sonra fırıldaqçı gəlindən 250 min yuan götürərək qaçıb.

 

Polis kişinin şəxsiyyətini müəyyənləşdirərək həbs edib. Məlum olub ki, o, iki ilə 19 qadını aldada bilib. Fırıldaqçı, adətən onlarla İnternetdə tanış olub və varlı valideynlərinin olduğuna inandırıb. Varlı obrazını nümayiş etdirmək üçün görüşlərə saxtalaşdırılmış dizayner paltarında gəlib.

 

2018-ci ildə xəbər verilirdi ki, Çinin Nannin şəhərindən olan 3 qadın eyni kişi ilə görüşdüklərini aşkar ediblər. O, müxtəlif adlardan istifadə edir və fırıldaqçı bəhanələrlə onlardan külli miqdarda borc pul götürürmüş.

 

(Visited 318 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir