Binanın hansı mərtəbəsi yaşamaq üçün daha rahatdır? – EKSPERTLƏR

Elmi ekspertlərin təqdim etdikləri yeni araşdırmanın nəticələrində insanın sağlamlığını qoruması və özünü yaxşı hiss etməsi üçün binanın hansı mərtəbəsini seçmələri öz əksini tapıb. İnsan üçün daha rahat mərtəbə, həmişəki kimi əsl problemli məsələdir.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, alimlər psixoloji baxımdan daha əlverişli yaşayışın binanın birinci mərtəbəsindən üçüncüyə qədər mümkün olduğunu açıqlayıblar.  Eyni zamanda, bu qayda əgər insan ekoloji cəhətdən əlverişli yerdə yaşayırsa, özünü doğruldur.

 

Müasir şəhərlərdəki real şərtlərə nəzər yetirəndə aşağı mərtəbələrdə yaşamaq müxtəlif narahatlıq səbəbindən insanı həddindən artıq əsəbiləşdirir və sağlamlığına xeyir gətirmir.  Şəhər binalarında aşağı mərtəbələrdə yaşayanlar küçədən gələn qaz iyini, nəmliyin yüksəkliyini və həddindən çox səs-küy hiss edirlər. 

 

Yuxarı mərtəbələrdəki yaşayışa gəldikdə, insanlar daha yüksəklikdə beyinə, əsəb sisteminə və damarlara təsir edən elektromaqnit şüalanmanın yüksək səviyyəli təsirinə və titrəyişə məruz qalır.

 

“Yuxarı mərtəbələrdə yaşayanlar elektromaqnit şüalanmanın təsirindən aşağı mərtəbələrin sahiblərindən daha çox ziyan çəkirlər. Avropada 6-cı mərtəbədən yuxarıda yaşamaq prestijli hesab edilmir. Uşaqları olan ailələrə 5-ci mərtəbədən yuxarıda mənzil almaq ən yaxşı halda məsləhət görülmür”, – mütəxəssislər bəyan ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir