Ballı darçının saymaqla bitməyən faydaları

Bal və darçının ayrı ayrılıqda faydalarını hər kəs bilir. Bəs, bu ikisi birlikdə olduğu zaman ləzzətini və sağlamlığa nə qədər faydalı olduğunu bilirdinizmi?

 

Medpress.az xarici medaya istinadən faydaları saymaqla bitməyən ballı darçının faydalarını təqdim edir.

 

İmmunitet sistemini gücləndirir

 

Bal və darçın immunitet sistemini qüvvətləndirir. Orqanizmi bakteriya və virus hücumlarına qarşı qoruyur. Balın müntəzəm istifadə edilməsi, leykositlər içərisində bakteriyalar və viruslarla döyüşən qan hüseyrələrini də gücləndirir.

 

 Ballı darçın necə hazırlanır?

 

Bir xörək qaşığı bala, on beş darçın tozu əlavə edib qarışdırın. Bunu gündə iki dəfə istifadə edin. İstəsəniz, 1 limonun suyu ilə bir stəkan ilıq su ilə qarışdırıb içə bilərsiniz.

 

Sızanaqlara yaxşı təsir edir

 

Bal və darçın qarışığı sızanaqları azaltmağa və dəri infeksiyalarının qarşısını almağa yardımçı olur. Həmçinin bal dərini rütubətli saxlayır və sızanağa səbəb olan zəifləmiş məsamələri təmizləyir.

 

Sızanaqlar üçün maska

 

Bir çay qaşığı bala yarım çay qaşığı darçın əlavə edib qarışdırın. Sızanaqlı bölgələrə sürtün.10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bunu gündə bir və ya iki dəfə təkrar edin.

 

Yuxunuzu qaydaya salır

 

Bal və darçın qarışığı boğazdakı narahatlıqları aradan qaldırır. Beləliklə, insan rahat bir yuxuya gedir. 1-2 çay qaşığı darçın tozunu bir fincan isti su ilə qarışdırın. Üzərinə 1 xörək qaşığı bal əlavə edib, yatmazdan əvvəl hər gün üçün. Bunu süd ilə də edə bilərsiniz.

 

Ürək xəstəliklərinə qarşı xeyirlidir

 

Bal və darçın ürək sağlamlığınızı yaxşılaşdırmada açar rol oynayır. Hər səhər yediyiniz bal və darçın damarlardakı xolesterini əridərək xəstələri ürək böhranından qoruyur. Ürək sağlamlığınızı qorumağa yardımçı olmaq üçün, tostunuza bir qədər bal qatıb, darçın tozu səpin.

 

Çəki vermənizə köməkçi olar

 

Darçın, metabolizmi işlətməyə köməkçi olur və canınızın şəkər istəməsini azaldır. Ayrıca qandakı qlükoza səviyyəsini tənzimləyib bədəninizdəki çox yağ və mayeni azaltmağınıza yardımçı olur.

 

Bir fincan isti suya yarım çay qaşığı darçın tozu əlavə edin. Sonra bir çay qaşığı təbii bal əlavə edin. Səhər bir dəfə, axşamlar bir dəfə olmaq üzrə gündə iki dəfə için.

 

(Visited 220 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir