Özünüzü pis hiss edirsiniz və bir çox ağrılarınız var? Bu qarışığı yoxlayın. O, çoxsaylı problemin universal həllidir.
Medpress.az xarici mediaya istinadla xəbər verir ki, bu qarışıq ağciyər, mədə, qadın xəstəlikləri, habelə psixi pozğunluqların və xroniki qan xəstəliklərin müalicəsinə kömək edir. O, həmçinin xərçəng xəstəliyindən qorunmaq üçün profilaktik vasitə sayılır.
Götürün:
aloe – 350 qram:
bal – 600 qram:
şərab – 350 qram.
Hazırlanması:
Aloe yarpaqlarını yuyub təmizləyin, tikanlarını kəsin, sonra ətçəkənə atın. Bal və şərab əlavə edin, yaxşı qarışdırın.
Qarışığı bankəyə tökün. Qapaqla bərk bağlayın, qaranlıq yerə qoyub 5 gün saxlayın.
İlk beş gün bir çay qaşığı qəbul edin, sonra bir xörək qaşığı ilə minimum 2-3 həftə, amma arzuolunan kurs 1,5-2 ay davam etməlidir.
Qarışıq üçün tündlüyü 16-18 dərəcə olan qırmızı şərab, yaxud 0,5 litrlik portveyndən istifadə etməyiniz məsləhətdir.
Siz bu qarışığı sınaqdan keçirməyə hazırsınızmı?