Öldürücü yemək: Beş gün soyuducuda qalan makaron gənci öldürdü

ABŞ-da 20 yaşlı EyCey adlı tələbə (soyadı açıqlanmır) yatdığı yerdə ölü tapılıb. Onun vaxtsız ölümünə səbəb hadisədən əvvəl mətbəxdə 5 gün qalmış makaron yeməsi olub.

 

Medpress.az Qərbin kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, tələbə bu yeməyin qalıqlarını mikrodalğalı sobada isidərək yeyib, sonra idmanla məşğul olmağa gedib. O, yarım saat sonra başında, qarnında güclü ağrılar hiss edib, ürəyi bulanıb. EiCey ağrılarının keçəcəyi ümidi ilə yatmaq qərarına gəlib.

 

Meyitin yarılması göstərib ki, ölümə səbəb bacillus cereus olub. Bu, qaraciyərin fəaliyyətini pozmağa qadir elementlər verən, həmçinin qusmağa və islaha gətirib çıxaran bakteriyalardır.

 

Tələbə nə baş verdiyini başa düşüb və çoxlu su içməyə başlayıb. Ancaq həkimlər qeyd edirlər ki, bacillus cereus mədə pozğunluğu ilə nəticələnən adi patogenlərdən daha təhlükəlidir.

 

Həkimlər xatırladıblar ki, soyuducuda bişiriləndən sonra yalnız bir neçə saat saxlanılan yeməyi qəbul etmək olar.  Əgər soyuducuda saxlanılan yeməkdən xoşagəlməz iy gəlirsə, xarici görünüşü sizdə şübhə yaradırsa, onu yeməkdən imtina edin.

 

(Visited 80 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir