Bağırsaqlardakı mikrobları məhv edən qidalar

Gecələr dişi parazitlər qalın bağırsaq ətrafında balaca yumurtalar qoyur. Bu yumurtalar bədəndən kənarda iki həftəyə qədər həyatda qala bilir. Bu insanın təkrar mikrob daşıyıcısı ola biləcəyi mənasına gəlir. Çünki ən qısa zamanda ilk dəfə məruz qalırmış kimi mikroblar yayılmağa davam edəcəkdir.

 

Medpress.az xarici mətbuata istinadla bədənimizə yayılmamışdan bağırsaqlarda mikrobları məhv edən qidaları təqdim edir.

 

Əlamətləri nələrdir?

 

Təəssüf  ki, bir çox parazit infeksiyasının əlaməti yoxdur. Adamın, adətən düz bağırsaq ətrafında qaşıntı əmələ gəlir və bu gecələr daha da pisləşir.

 

İştaha itkisi,

 

Qarın nahiyəsində  şişlik,

 

Baş ağrısı, ürəkbulanma və baş fırlanması,

 

Zəiflik,

 

Üzdə sarılaşma,

 

Xüsusilə yatarkən, dişləri qıcama,

 

Qəbizlik,

 

İshal,

 

Cinsi orqanlarda infeksiya.

 

Nə edə bilərsiniz?

 

Həkiminiz parazitlər üçün düzgün müalicə təklif edəndə, soxulcanlar təxminən 15 gün ərzində gedə bilər. Ancaq parazitlər yaşamasa da, yumurtalar həyatda qalacaq. Bu səbəbdən, iki həftə sonra müalicə təkrar etdirmək yaxşı fikirdir, çünki yeni infeksiya ehtimalı çox yüksəkdir. Aşağıdakı təkliflərə əməl edin:

 

Dırnaqlarınızı uzatmayın.

 

Geyimlərinizi isti su ilə yuyun və evinizi dezinfeksiya edici ilə təmizləyin.

 

Əllərinizi gündə bir neçə dəfə yuyun.

 

Hər gün duş qəbul edin və düz bağırsaq ətrafındakı bölgəni diqqətlə yuyun.

 

Əllərinizi ağzınıza sürməkdən çəkinin.

 

Əgər ailədən birində infeksiya olsa, hamını müalicə etmək önəmlidir.parazitlərlə başa çıxmaq üçün həkiminizin təklifləri ilə bərabər aşağıdakı təbii müalicələrdən bəzilərini təcrübədən keçirin:

 

Sarımsaq, balqabaq tumu və nanə

 

Sarımsaq bir çox fayda verir, bu bitki parazitləri ortadan qaldıran antiseptik və antibakteriyel bir agentdir. Balqabaq toxumları, immunitet sisteminizi gücləndirir, yaxşı sink mənbəyidir. Son olaraq, nanə orqanizmə bağlı hər hansı bir paraziti yumşaltmağa köməkçi olar.

 

Materiallar

 

2 diş sarımsaq

 

1 xörək qaşığı balqabaq tumu (10 qram)

 

3 nanə yarpağı

 

Hazırlanması

 

Sarımsağı doğrayın.

 

Balqabaq tumlarını təmizləyin və sarımsağa əlavə edin.

 

Nanə yarpaqlarını əlavə edin.

 

Bütün materialları birlikdə əzin.

 

Tətbiqi

 

Bu qarışıqdan hər gün bir xörək qaşığı istifadə edin.

 

Əgər dadının çox güclü olduğunu düşünürsünüzsə, su ilə azakda bilərsiniz.

 

Bu müalicəni həftədə ən az bir dəfə edin.

 

Nanə və mineral su

 

Nanə bədəninizi təmizləmək və bağırsaq pozuntularını qaldırmağa yardımçı olmaq üçün təbii bir antiseptik kimi davranır.

 

Materiallar

 

Nanə yarpaqları (10 qram)

 

Mineral su (150 millilitr)

 

Hazırlanması

 

Mineral suyu qaynadın və nanə yarpaqları əlavə edin.

 

Nanənin tərkibindəkinin çıxması üçün beş dəqiqə aşağı temperaturda dəmləyin.

 

Odun üstündən götürün və 10 dəqiqə ərzində gözlədin, otaq temperaturunda olmalıdır.

 

Son olaraq süzün.

 

Tətbiqi

 

Gündə bir fincan üçün.

 

Hazırladıqdan sonra tez istifadə etməyə çalışın.

 

İki həftə ərzində istifadə etməyə davam edin.

 

(Visited 236 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir