Azərbaycanda üçəm doğulub

Fevralın 22-də Qusar rayon Mərkəzi Xəstəxanasında üçəm doğulub.

 

Medpress.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Quba rayonu, 1-ci Nügədi kənd sakini, 36 yaşlı İlahə Mirzəyevanın dünyaya gətirdiyi oğlan uşaqlarının çəkisi 2 kq 800, 2 kq 700 və 1 kq 800 qramdır.

 

Bu, qadının ikinci doğuşudur. O, birinci dəfə evliliyindən 7 il sonra bir qız uşağı dünyaya gətirib. 2,5 il fasilədən sonra o, yenidən həkimə müraciət edib və müalicələrdən sonra hamilə qalıb.

 

Körpələrin və ananın vəziyyəti normaldır.

 

Xəstəxananın baş həkimi Mübariz Zeynalovun sözlərinə görə, bu son 3 ildə doğulan ikinci üçəmdir. Sonuncu dəfə üçəmlər 2017-ci ilin dekabrında hərbçi ailəsində dünyaya gəlib.

 

(Visited 42 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir