Limonlu su ilə bağlı 4 əfsanə

Çoxları limonlu suyu çox xeyirli içki hesab edir, amma əslində bu suyun faydalı xüsusiyyətlərinin elmi sübutu yoxdur. Medpress.az xarici mediaya istinadən diqqətinizə limonlu su ilə bağlı yayılmış 4 əfsanəni təqdim edir.

 

Arıqlamağa kömək edirmiş…

 

Bu içkinin çoxsaylı həvəskarları iddia edirlər ki, limonlu su arıqlamağa kömək edir. Təəssüf ki, bu, yalnız əfsanədir. Əgər insan suyu yeməkdən əvvəl içirsə, maye onun mədəsini doldurur və iştahını azaldır. Amma buraya limonun dəxli yoxdur – ən adi su da bu vəzifənin öhdəsindən gələ bilər.

 

Həzmi yaxşılaşdırırmış…

 

Digər əfsanə limonlu suyun həzmi yaxşılaşdırması ilə bağlıdır. Təəssüf ki, bu da həqiqət deyil. Limonlu suda nə pektinin, nə sellülozanın, nə də biotiklərin lehinə ola biləcək heç nə yoxdur ki, həzmi yaxşılaşdırmağa kömək etsin. 

 

Zəhərləri təmizləyirmiş…

 

Orqanizmi təmizləyir iddiası da yalnız növbəti əfsanədir. Ona görə 21-ci əsrdə bu əfsanəyə inanmağa dəyməz.

 

Vitamin və mineral mənbəyiymiş…

 

Limonlu suda demək olar ki, əslində kalori və qidalı maddələr yoxdur. Onlar limonun tərkibində, əlbəttə, var, amma limonlu suda onların bir yerə yığılması çox azdır. Ona görə də bu içkini vitaminlər və minerallar mənbəyi kimi qəbul etmək ən azı, gülməlidir.

 

(Visited 331 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir