Koronavirusa qarşı yeni vasitə – 48 saat qoruyur

Yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı 48 saata qədər qorunma təmin edən burun spreyi hazırlanıb. İngiltərənin Birmingem Universitetində “Gellan” və yosundan əldə edilən lifli bir qatılaşdırıcı olaraq da bilinən karajenan istifadə edilərək hazırlanan sprey yaxın zamanda İngiltərədə satışa təqdim ediləcək.

 

Medpress.az-ın məlumatına görə, daha əvvəl səhiyyə təşkilatları tərəfindən təsdiqlənmiş maddələrdən istehsal olunduğu üçün qısa müddətdə təsdiq edilən spreyi hazırlayan Dr. Riçırd Moakes “Bu sprey hal-hazırda qida məhsullarında istifadə olunan hazır məhsullardan hazırlanıb. Bu maddələrdən bilərəkdən istifadə etdik. Həftələr ərzində kütləvi istehsalata keçib insanlara təqdim edə bilərik” deyib.

 

Birmingem Universitetinin tədqiqatçıları spreyin xüsusilə səhiyyə işçiləri, stüardessalar üçün, eləcə də məktəblər kimi yüksək riskli vəziyyətlərdə faydalı ola biləcəyini qeyd ediblər. 

Dr. Moakes “Bu cür məhsullar virusun yayılmasının qarşısını almaq üçün istifadə ediləcək. Maska taxmaq və əlyuma kimi həyati əhəmiyyətli şeyləri əvəz etməyəcək. Bu spreyin edəcəyi şey yoluxmanın qarşısını almaq və virusun yayılmasını yavaşlatmaq üçün ikinci bir qoruma qatmaqdır” deyə əlavə edib (TRT Azərbaycan).

 

 

(Visited 53 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir