Azərbaycanda koronavirus infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, 3 048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Medpress.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 39 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 215 483 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 172 019nəfər müalicə olunaraq sağalıb, 2 538 nəfər vəfat edib.
Hazırda 40 926 aktiv xəstə var.
Ötən müddət ərzində 2 milyon 163 min 64 test aparılıb. Bugünkü test sayı isə 9502-dir.