Azərbaycanda qızılca xəstəliyinə qarşı xüsusi tədbirlər görüləcək

Səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.

 

Medpress.az-a nazirlikdən verilən məlumata görə, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiyada qızılca xəstəliyinin yayılması və həmin ölkələrdən Azərbaycana gətirilmə halları qeydə alınıb.

 

Qabaqlayıcı tədbirlərlə xəstəliyin qarşısını almaq məqsədilə imzalanan əmrdə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılır.

 

Ambulator-poliklinika müəssisələrdə briqadaların təşkili, peyvənd aparılacaq tibb məntəqələrində müvafiq şəraitin yaradılması əks olunub. Eyni zamanda, əmrdə immunlaşdırma tədbirlərinin həyata keçirilməsində yerli tibb müəssisələrinə metodiki köməklik göstərilməsi, bölgüyə əsasən qızılca məxmərək vaksininin yerlərə çatdırılmasının təminatı tapşırıqları da verilib.

 

(Visited 46 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir