Koronavirus daha 39 can aldı: 4356 yoluxma, 2517 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4356 yoluxma faktı qeydə alınıb, 2517 nəfər müalicə olunaraq sağalıb.

 

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

 

Hazırki dövrədək ölkəmizdə 146 min 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 88 min 497 nəfər müalicə olunaraq sağalıb, 1632 nəfər vəfat edib. Aktiv xəstə sayı 56 min 550 nəfərdir.

 

Ötən müddət ərzində 1 milyon 837 min 1 test aparılıb. Bugünkü test sayı isə 19197-dir.

 

(Visited 15 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir