Azərbaycanda 2018-ci ildə baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.
Medpress.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ötən il ölkə ərazisində 15 464 təbii və texnogen mənşəli hadisə baş verib. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2294 hadisə, yaxud 17 faiz çoxdur. Baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 105 nəfər ölüb, 231 nəfər xəsarət alıb, 94 nəfər xilas edilib, 1724 nəfər təxliyə olunub.
2018-ci ildə baş verən yanğın hadisələri zamanı 83 nəfər ölüb, 165 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 32 nəfər, yaxud 63 faiz çox, xəsarət alanlar üzrə 60 nəfər (27 faiz) azdır.
Sənəddə qeyd olunur ki, ötən il respublika ərazisində 155 təbii mənşəli hadisə qeydə alınıb və insan tələfatı olmayıb. Hesabat dövründə təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri 4 nəfəri xilas edib, 259 nəfər təxliyə olunub.