Koronavirus daha 16 can aldı: 474 yoluxma, 1322 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1322 nəfər müalicə olunaraq sağalıb, 474 yeni yoluxma faktı qeydə alınıb.

 

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata istinad edərək bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 225 min 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 212 min 120 nəfər müalicə olunaraq sağalıb, 2957 nəfər vəfat edib. Aktiv xəstə sayı 10743 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 287 min 959 test aparılıb. Bugünkü test sayı isə 8052-dir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir