ABŞ-da COVID-19 olan xərçəng xəstələri üzərində aparılan araşdırmalar nəticəsində xərçəng xəstələri və xərçəngə görə kimyaterapiya müalicəsi alan şəxslərdə COVID-19-un iki aydan çox qaldığı müəyyən edilib. Bu xəstələrin eyni zamanda COVID-19-u yayma müddətinin də digərləri ilə müqayisədə daha uzun çəkdiyi məlum olub.
Medpress.az-ın Türkiyənin NTV xəbər portalına istinadən verdiyi xəbərə görə, araşdırmalar zamanı belə xəstələrin 3 həftə və daha çox müddətdə virusu yayma qabiliyyətinə malik olduqları üzə çlxlb. Bu səbəbdən həmin xəstələrin azı 20 gün sosial həyatdan təcrid olunmaları tövsiyə olunur.
Bundan başqa, tədqiqatlar zamanı COVID-19-dan sağalan xərçəng xəstələrində bu xəstəliyə qarşı antitellərin yaranmadığı da təsdiqini tapıb.