Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad edilib

Milli Məclis dekabrın 30-da keçirilən plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.

Medpress.az xəbər verir ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində dəyişikliklər ölkəmizə koronavirus infeksiyasına qarşı vaksinlərin idxalı zamanı həmin vaksinlərin və şprislərin 2021-ci il yanvarın 1-dən idxalda əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını nəzərdə tutur. Bu, daha çox əhalinin daha aşağı qiymətə vaksinasiya olunmasına kömək edəcək.

(Visited 14 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir