Koronavirus daha 42 can aldı: 4323 yoluxma, 2180 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4323 yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb.

 

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

 

Hazırki dövrədək ölkəmizdə 142 min 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 85 min 980 nəfər müalicə olunaraq sağalıb, 1593 nəfər vəfat edib. Aktiv xəstə sayı 54750 nəfərdir.

 

Ötən müddət ərzində 1 milyon 817 min 804 test aparılıb. Bugünkü test sayı isə 20778-dir.

 

(Visited 17 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir