Kompüteriniz boynunuzda ağrı yarada bilər

Siz kompüterdə işlədiyiniz zaman baş ağırızı, boyun, yaxud kürək ağrısından əziyyət çəkirsiniz? Tədqiqatçıların fikrincə, bunu yoxlamaq sizə kömək edə bilər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, kompüterin arxasında başı irəli uzanmış şəkildə oturmaq boyunu sıxır və yorğunluğa, baş ağrısına, konsentrasiyanın pisləşməsinə, əzələ gərginliyinin artmasına, hətta zamanla fəqərələrin zədələnməsinə gətirib çıxara bilər.

 

Tədqiqat zamanı alimlər 87 məktəblidən baş və boyunu düz formada saxlayıb, başı döndərib oturmaq, sonra boyunu “qıcayıb” və başı irəli tutmaq xahiş olunub. İştirakçıların 97 faizi xəbər verib ki, düz oturanda başlarını döndərə bilirlər.

 

İkinci testdə 125 şagird boynunu 30 saniyə müddətində sıxıb. Bundan sonra 98 faiz baş, boyun, yaxud gözlərində ağrının artdığını xəbər verib.

 

Tədqiqatçılar, eyni zamanda 12 tələbəni elektromioqrafik avadanlığın köməyi ilə müşahidə ediblər və görüblər ki, boynunu qısan, başını isə irəliyə tutanların əzələlərinin gərginliyi artıb. 

 

(Visited 42 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir