İstifadəyə tam yararsız ət aşkarlandı – BALAKƏNDƏ

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

 

Medpress.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə tədbir nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Balakən rayonu ərazisində keçirilib.

 

Yeni Şərif kəndində yaşayan İlham Lokovun həyətinə baxış zamanı oradan natəmiz vəziyyətdə və istifadəyə tam yararsız olan 90 kiloqram çəkidə ət aşkar edilərək götürülüb.

 

Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

 

(Visited 56 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir