Dörd ilə yaxındır ki, nikaha daxil olmaq istəyənlər icbari tibbi müayinədən keçirlər. Bu, sağlam ailə və sağlam genefondun formalaşmasında mühüm əhəmiyyət daşıyır.
Medpress.az xəbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfuziologiya İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, indiyədək 500 mindən çox cütlük icbari tibbi müayinədən keçib.
Təkcə bu ilin yanvar ayı ərzində 9 779 nəfər müayinədən keçib və onlardan 277 nəfərində talassemiya daşıyıcılığı müəyyən edilib. Müayinədən keçən cütlüklərdən birinin hər ikisində talassemiya daşıyıcılığı aşkar olunub.