“Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim”.
Medpress.az bildirir ki, bunu özünün “İnstagram” hesabında xalq artisti Naibə Allahverdiyeva özü yayıb.
Onun yazdığına görə, iynədən şoka düşüb, səhhəti pisləşib və həyatını itirmək təhlükəsi ilə üzləşib.
“Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar”., – aktrisa yazıb.