Azərbaycandakı bu insanlar 70 yaşa çatmayacaqlar – XƏBƏRDARLIQ

Azərbaycanda 1,3 milyon insan tütündən istifadə edir. Çox təəssüf ki, bu insanların yarısı 70 yaşına çatmadan dünyasını dəyişəcəklər.

 

Medpress.az xəbər verir ki, bunu jurnalistlərə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Fatoş Hande Harmancı deyib.

 

Onun sözlərinə görə, dünyada və Azərbaycanda tütündən istifadə böyük problemdir. Ona görə tütündən istifadənin qarşısını almaq üçün ciddi tədbirlər görmək vacibdir.

 

Ofis rəhbərinin fikrincə, Azərbaycanda siqaretlərin qiyməti çox ucuzdur: “Qiymətləri artırmaqla gənclərin siqaretə başlamasını qismən azaltmaq olar. Eyni zamanda tütünlə bağlı reklamları azaltmaq, marketlərdə siqareti qapalı şəkildə satmaq yaxud qutuların yenilənməsini təmin etmək olar”.

 

O, tütündən istifadə ilə bağlı mübarizə tədbirləri həyata keçirilməsə, siqaret çəkənlərin sayının durmadan artacağını da vurğulayıb.

 

 

(Visited 130 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir