Qışda papaqsız gəzmək təhlükəlidir – XƏBƏRDARLIQ

Payız-qış fəsillərində şaxtadan, küləkdən, evdə və ofislərdə isitmə sisteminin işləməsindən dəri və tüklər həssas olurlar, bu da dazlaşma riski yaradır. İlin soyuq vaxtlarında orqanizminizi müdafiə etmək vasitələri mövcuddur.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, hərarət aşağı olanda başın örtülməsi iltihab xəstəliklərinə səbəb olan damarların tutulmasından, öz-özünə əmələ gələn saçların tökülməsi təhlükəsindən qoruyur.

 

Belə hava şəraitində qidalandırıcı və qoruyucu kremlərdən tez-tez istifadə edilməsi,  düzgün qidalanmaq və otaqların havasını dəyişmək məsləhət görülür.

 

Dodaqların dərisini də unutmaq olmaz – hər dəfə yuyunandan sonra kremlə nəmləndirmək lazımdır.

 

 

(Visited 52 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir