Bakıda tanınmış həkimə cinayət işi açıldı

“Elmed” Tibb Mərkəzinin cərrahı Məhəmməd Neciyevə qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

Medpress.az report-a istinadla xəbər verir ki, o, “Elmed” Tibb Mərkəzində əməliyyat zamanı dünyasını dəyişən Himayil Əliyevin ölümündə səhlənkarlıq etməkdə günahlandırılır.

 

Məhəmməd Neciyevin cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

 

“Elmed” Tibb Mərkəzində ölüm hadisəsi bu ilin oktyabr ayında baş verib. 55 yaşlı Himayil Əliyev oktyabrın 4-də səhər saat 11 radələrində “öd daşı və kəskin kalkulyoz” diaqnozu ilə “Elmed” Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb.

 

Himayil Əliyev əməliyyat edilən gün axşam saat 21 radələrində dünyasını dəyişib.

 

 

(Visited 46 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir