İnsan ömrü qısalacaq… – ARAŞDIRMA

Son zamanlara qədər insanların orta ömür uzunluğu durmadan artıb. Lakin indi bəlkə də öz zirvəsinə çatıb və azalmağa başlayacaq. Medpress.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı bədbin proqnozla ABŞ-ın Dyuk Universitetinin alimləri çıxış ediblər.

 

 

Onların sözlərinə görə, X nəsil və millenial nümayəndələri arasında həyatın davamlılığının azalması və vaxtından əvvəl ölüm riskinin artacağı gözlənilir. Alimlərin sözlərinə görə, risk qrupuna 38-45 yaş arasındakı (X sonrakı nəsil deyilən) və 27-37 yaşlarındakı (Y erkən nəsli, yaxud milleniallar) insanlar daxildir.

 

Mütəxəssislər bu yaş qruplarındakı mümkün ölüm səbəblərini müəyyənləşdirmək üçün 1990-2016-cı illərdə xəstəliklərin profilaktikası və nəzarət mərkəzlərinin məlumatlarını təhlil ediblər.

 

Onların sözlərinə görə, X nəslinin nümayəndələri və milleniallar 2008-ci ildə dünya maliyyə böhranı ilə üzləşiblər, iş tapmaqda çətinlik çəkiblər və bunun hamısı onların sağlamlığına ciddi təsir göstərib. Bu yaş qrupundakıların ölümünün əsas səbəbi intihar, narkotikin dozasını artıq etmək, spirtli içkidən sui-istifadə, xərçəng, şəkər və yol-nəqliyyat hadisələridir. Amma əsas amillər insanların irqi, cinsi və etnik mənsubiyyətindən asılıdır. 

 

Bundan əlavə, mütəxəssislər müəyyənləşdiriblər ki, bebi-bumerlər arasında, yəni XX əsrin ortalarında dünyaya gələn nəslin nümayəndələri arasında da narkotikdən, yol-nəqliyyat hadisələrindən, qətl, intihar, AİDS və xroniki obstruktiv ağ ciyər xəstəliyindən ölüm riski yüksəkdir.

 

(Visited 73 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir