Cərrah 6 əməliyyat keçirib və stolun üstündə yatıb

Çinli cərrah Luo Şanpenq fasiləsiz 20 saat işləyib və 6 çətin əməliyyat keçirəndən sonra birbaşa iş yerində yatıb. Tibb bacılarından biri yatan həkimin şəklini çəkərək onu sosial şəbəkəyə yerləşdirib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Quyçjou əyalətindsən olan Luo Şanpenq beş əməliyyat keçirəndən sonra xəstəxanaya əlini ət maşınının parça-parça etdiyi kişi gətirilib.

 

Cərrah başa düşüb ki, əməliyyatı təxirə salmaq olmaz və həddən artıq yorğun olmasına baxmayaraq, xəstəyə yardım etməyə girişib. Nəhayət, həkimin gücü tükənib və o birbaşa stolda yuxuya gedib.

 

“Mən gözümü yumub istirahət etmək istəyirdim. Yuxuya gedəcəyimi gözləmirdim”, – Lou Şanpenq söyləyib.

 

Tibb bacısının çəkib yaydığı şəkildən görünür ki, Lou Şanpenq yuxuda belə xəstənin tikilmiş əlini düz vəziyyətdə tutur. Sonradan məlum olub ki, əməliyyat uğurlu keçib və cərrahın xilas etdiyi xəstənin vəziyyəti yaxşılaşmağa doğru gedir.

 

(Visited 138 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir