Qış fəslinin gəlməsi ilə dəm qazından zəhərlənmə halları artıb. Ən adi təhlükəsizlik qaydalarına əməl edilməməsi arzuolunmaz və fəlakətli nəticələrə gətirib çıxarır.
Medpress.az AZƏRTAC-a istinadən bildirir ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovun verdiyi məlumata görə, oktyabr ayında 9, noyabr ayında 21, dekabrın birinci yarısında isə 21 xəstə kəskin inhalasiyon dəm qazı zəhərlənməsi ilə xəstəxanaya qəbul edilib.
Zəhərlənənlər arasında 7 uşaq da həkimlərin səyi nəticəsində həyata qaytarılıb.
Zəhərlənmə diaqnozu qoyulanların 6-nın vəziyyəti ağır, qalanların isə orta ağır olaraq qiymətləndirilib. Dəm qazından zəhərlənənlər arasında ölüm halları qeydə alınmayıb.