İçkidən ən çox adam ölən ölkələr -AVROPADA

Estoniya Avropada spirtli içki qəbulu və bu səbəbdən ölüm faktına görə ən problemli ölkədir. Medpress.az xarici mediaya istinadla bildirir ki, bu reytinqdə ikinci sırada Sloveniya, üçüncü yerdə Lüksemburqdur.  Almaniya, İtaliya və Malta bu sahədə statistikanın ən yaxşı olduğu ölkələrdir.

 

Araşdırmaya əsasən, ilk üçlükdəki Estoniyada adambaşına 15,35 litr təmiz spirt düşür. Litvada bu göstərici 13,61, Çexiyada 12,99 litrdir.

 

Ən az spirtli içki qəbul edilən ilk üçlükdəki ölkələr siyahısına Yunanıstan (6,52 litr), İtaliya (7,08) və İsveç (7,18) düşüb.

 

Tədqiqatçılar alkoqoldan ölümün daha çox olduğu ölkələr arasında Sloveniya, Danimarka və Latviyanın adlarını çəkiblər.

 

Malta, Yunanıstan və İtaliyada bu göstərici aşağıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir