Ailə faciəsi: Ər və arvad intihar etdilər – QUBADA

Yanvarın 2-də Quba rayonu, Susayqışlaq kənd sakini, 47 yaşlı Ceyran Bədirxanova yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

 

Medpress.az-ın publika-az-a istinadən verdiyi məlumata görə, beş gün əvvəl, dekabrın 29-da Ceyran Bədirxanovanın həyat yoldaşı – 49 yaşlı Səməd Bədirxanov özünü yaşadığı evin talvarından asaraq intihar edib.

 

Ailədə ciddi problemlərin olduğu bildirilir. Səməd Bədirxanovun ölümündən sonra dərin psixoloji sarsıntı keçirən qadının həyatına son qoymasına da bu problemin səbəb olduğu söylənilir.

 

 

 

(Visited 121 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir