Gürcüstanda “donuz qripi”ndən 6 nəfər ölüb

Gürcüstanda bir ayda “donuz qripi”ndən 6 nəfər ölüb.

 

Medpress.az Gürcüstan mediasına istinadən bildirir ki, xəstəliklərə nəzarət mərkəzinin rəhbəri Amirana Qamkprelidzenin sözlərinə görə, laboratoriya şəraitində 144 nəfərin qripə yoluxması aşkarlanıb. Onun fikrincə, “donuz qripi” epidemiyasının pik həddə çatmasından hələ ki söhbət gedə bilməz.

 

-100 min əhaliyə 277 nəfərdə qrip virusu qeydə alınır. Bu məlumatlar normaya daxildir, – Qamkrelidze əlavə edib.  

 

Bununla belə, o qeyd edib ki, 2018-ci illə müqayisədə “donuz qripi”ndən xəstələnənlərin ağırlaşma sayı artıb.

 

(Visited 30 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir