Pensiyaların artım ilə veriləcəyi vaxt açıqlanıb.
Medpress.az-ın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında pensiyaçıların artımları gələn aydan ala biləcəklərini bildirib.
Onun sözlərinə görə, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsidən təqdim olunmalıdır: “Onun əsasında müvafiq qərar olacaq. Həmin qərardan sonra pensiyaçılar uyğun ödənişləri alacaqlar”.