Azərbaycanda pensiya ödənilməsində ciddi nöqsanlar aşkarlanıb

Hesablama Palatasının növbəti kollegiya iclasında 2016-2017-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri ilə bağlı hesabat müzakirə edilərək təsdiq olunub.

 

 

Medpress.az Hesablama Palatasına istinadən xəbər verir ki, audit 2016-2017-ci illər üzrə 805 850,9 min manat  vəsaiti əhatə edib. 2018-ci il yanvarın 1-dək idarə üzrə 63705 pensiya işi, o cümlədən 41 181 ədəd yaşa görə (64,6 faiz), 13 104 ədəd əlilliyə görə (20,6 faiz) və 9 420 ədəd ailə başçısını itirən ailələrin (14,8 faiz) pensiya işi olub.

 

 

 

 

 

2016-2017-ci illərdə təyin olunan 13 596 sayda pensiya işinin 7 668 ədədi, yaxud 56,4 faizi yaşa görə, 5 161 ədədi (38 faizi) əlilliyə görə, 767 ədədi  (5,6 faizi) ailə başçısının itirilməsi səbəbindən təyin edilən pensiya işləri olub, pensiya təyinatı üçün müraciət edən 26 nəfərin müraciəti rədd edilib, bu il yanvarın 1-nə idarədə 63705 nəfərə pensiya ödənişi həyata keçirilib.

 

 

 

Audit olunan dövrdə təyin edilən pensiya işlərinin seçmə üsulla araşdırılması nəticəsində 2016-2017-ci illər ərzində təyin edilən pensiya işləri üzrə nöqsanlar olub, pensiya təyinatı aparılarkən əcnəbilərin respublika ərazisində yaşayış statusu araşdırılmayıb, bir sıra hallarda Azərbaycan ərazisində sonradan daimi yaşamaq icazəsi alan vətəndaşlara onların respublika ərazisində müvəqqəti yaşadıqları dövrdə pensiya təyin edilib.

 

 

 

Nazirlikdən elektron şəkildə təqdim edilən respublika üzrə aktiv olan pensiyaçıların adlı siyahısının idarədə olan aktiv pensiya işlərinin adlı siyahısı ilə üzləşdirilməsi zamanı idarənin pensiyaçılar üzrə elektron bazasında bir çox pensiyacının şəxsiyyət vəsiqələrinin seriya nömrələrində yalnışlıqların mövcud olduğu, həmin seriya nömrələrinin səhv göstərildiyi, idarədə qeydiyyatda olan pensiyaçılardan 64 nəfərin eyni dövrdə fondun 33 rayon (şəhər) şöbəsi üzrə də əmək pensiyası aldığı müəyyən edilib. Eyni zamanda, əlilliyə görə əmək pensiyası təyin edilən 285 nəfər pensiyaçının pensiya təyin olunduqdan sonra və ya həmin dövrdə işlədiyi halda onlara pensiyanın sığorta hissəsi olmaqla artıq pensiya məbləğinin ödənildiyi müəyyənləşdirilib. Bundan başqa,iİdarədən təqdim edilən aktiv əmək pensiyası alanların adlı siyahısının 22 iş üzrə pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesablarının bağlanılmadığı, fondun 36 rayon (şəhər) şöbəsi üzrə 63 nəfərin müavinət almaq hüququnun olmamasına və ya həmin hüququn qanunvericiliklə müəyyən edilmiş hallarda və müddətlərdə bitməsinə baxmayaraq onlara ödənişlərin davam etdirildiyi, bu nöqsanlar nəticəsində də artıq sosial müavinət ödənişinə yol verildiyi aşkar edilib.

 

 

 

Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin edilməsi və ödənilməsi istiqamətində də nöqsanlara yol verilib, 53 halda artıq müavinət ödənilib, idarədən audit olunan dövrün əvvəlinə olan 8 176,2 min manat məbləğində debitor borcların aradan qaldırılması istiqamətində qanunvericiliklə müəyyən edilən müvafiq tədbirlərin tam həyata keçirilməməsi səbəbindən həmin məbləğ audit olunan dövrün sonunda əvvəlinə nisbətən 4 463,8 min manat (54,6 faiz) artıb, daxili nəzarət fəaliyyəti qənaətbəxş səviyyədə təşkil edilməyib və aparılmayıb, həyata keçirilmiş daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş pozuntu və nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər yetərli olmayıb, həmin tədbirlər nəticəsində aşkar edilən eynitipli nöqsanlara hazırkı audit zamanı da rast gəlinib.

 

 

 

Fərdi uçotun təşkili sahəsində də nöqsanlara yol verilib, fərdi uçot üzrə müvafiq hesabatların sığorta olunanların təqdim etmədiyi hallarda zəruri tədbirlər həyata keçirilməyib, müvafiq hesabatların və məlumatların olmaması səbəbindən ödənilmiş vəsaitlərin sığorta olunanların fərdi hesablarına işlənilməməsi hallarına rast gəlinib.

 

 

Hesablama Palatasının Kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin yol verdiyi nöqsanların qısa müddətdə aradan qaldırılması, o cümlədən nöqsanlara yol verən vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. Auditin nəticələri ilə bağlı Milli Məclisə də məlumat verilib.

 

 

 

 

(Visited 84 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir