Kanadanın Britaniya Kolumbiya universitetindən olan alimlər omleti 2-ci tip diabet xəstələri üçün mükəmməl səhər yeməyi adlandırıblar. Onların sözlərinə görə, məhz bu yemək qandakı şəkərin atılmasına və gün ərzində qlükozanın səviyyəsinə nəzarətə kömək edir.
Medpress.az bildirir ki, omlet – fransız yeməyi olub yüngül qarışdırılmış toyuq yumurtasından hazırlanır. Azərbaycanda buna qayğanaq deyirlər.
Təcrübə könüllülər üzərində keçirilib. Onlara birinci gün səhər yeməyində omlet verilib, ikinci gün meyvə ilə yulaf əzməsi, qalan yeməklər tam olaraq eyni olub. Eyni zamanda, bədənə quraşdırılmış monitorlar, hər 5 dəqiqədən bir qandakı qlükozanın səviyyəsinə nəzarət edib. Həmçinin, iştirakçılar aclıq və ya doyma hissləri və şirin bir şey yemək arzusu haqqında məlumat veriblər.
Müəyyən olunub ki, ən aşağı karbohidrat tərkibli və yüksək yağlı (omlet) səhər yeməyi təkcə qidanı qəbul edəndən dərhal sonra qanda şəkərin sərbəst buraxılmasına köməkçi olmur, həm də gün ərzində qlükozanın səviyyəsini sabitləşdirir.
Araşdırma qrupunun rəhbəri Conatan Littl qeyd edib ki, sonuncu amil mütəxəssislər üçün gözlənilməz olub. Onlar bilirdilər ki, səhər yeməyində karbohidratların həcminin aşağı olması çəkərin səhərlər qalxmasından yayınmağa kömək edir, ancaq bu təsirin gün ərzində saxlandığını proqnozlaşdıra bilməyiblər.