Şokolad ilə bağlı bu həqiqət sizi şoka salacaq

İnsanların çoxunun əvəzolunmaz damaq dadı olan şokoladın bu faydalarını və zərərlərini eşidəndə çox təəccüblənəcəksiniz. Xoşbəxtlik mənbəyi olaraq görülən və daim dadlı qida kimi istifadə edilən şokoladın bu effektləri təəccübləndirir. Bədənimiz üzərində müxtəlif  təsirlərə malik olan şokolad ilə bağlı həqiqətlər təəccübləndirir.

 

Medpress.az xarici mətbuata istinadla şokolad ilə bağlı sizin indiyədək eşitmədiyiniz çaşdırıcı gerçəkləri təqdim edir.

 

Şokolad akneyə səbəb olur

 

Çox sağlam yağ və ya əlavə olunmuş şəkər sərf etsəniz, dəriniz də daha çox yağ istehsal edir. Bu vəziyyət sızanaq əmələ gəlməsinə yol açır. Şokolad da yağ nisbəti yüksək bir qida olduğu üçün dəridə akne (akne, orqanizmdə androgenlərin balansının pozulmaı və nəticə kimi piy ifrazının çoxalması nəticəsində əmələ gəlir) əmələ gəlməsinə səbəb ola bilər. Ancaq bu vəziyyət dəri tipinə görə dəyişir.

 

Şokolad ehtirası artırır?

 

Şokoladın afrodizyak təsirə malik olduğu da rəvayətlər arasındadır. Ancaq bu məlumat əslində bir əfsanədir. Çox sayda araşdırma şokoladın cinsi istəyi qaldırmadığını ortaya qoyur. Şokoladın bədəndəki serotonin hormonu rəqs etməyini xəbərdar edib-etmədiyi məsələsinə dair mübahisələrsə davam edir.

 

Bitter şokolad südü şokoladdan daha sağlamdır

 

Bitter şokolada südlü şokolada nisbətən daha çox antioksidant daxildir. Bu da bədəniniz üçün daha müsbət təsirə malik olduğunu göstərir. Ancaq, əlbəttə, bitter şokoladın kalorisinin də xeyli yüksək olduğunu unutmamalı və miqdarına  nəzarət etməyə diqqət etməlisiniz.

 

Şokolad ürək sağlamlığına yaxşı təsir edir

 

Ürək-damar xəstəliklərinə (ürək və damar xəstəlikləri) yaxalanma riskini azaltmaq üçün hər gün kiçik bir tikə bitter şokolad yemək olduqca məntiqlidir. Tibb jurnalı “Heartta” çap olunan bir araşdırmanın nəticələrinə görə , şokolad qan təzyiqini də aşağı salır. Yenə bu araşdırmaya görə, kakao bitkisində olan flavonoid adı verilən birləşmələr qan damarı elastikliyinə və qan təzyiqinə müsbət təsir göstərir.

 

Şokolad baş ağrılarına təkan verir?

 

Bir çox insan şokolad yeməyin baş ağrısına səbəb ola biləcəyinə inanır. Bu iddianın həqiqət payını öyrənmək məqsədilə 63 qadın üzərində araşdırma aparılıb. Ümumi fikrin əksinə, araşdırma şokoladın baş ağrılarına təkan vermədiyini ortaya çıxarıb. Ancaq onu da qeyd etmək lazımdır ki, əgər miqrenin varsa, şokolad və ya pendir kimi bəzi yeməklər baş ağrısına səbəb ola bilər.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir