Xərçəngin dərmanı bir ilə hazır olacaq

İsraildə bir qrup alim xərçəng xəstəliyinə qarşı dərmanın bir ilə yaradılacağına vəd verirlər.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, İlana Moradanın rəhbərliyi altında Accelerated Evolution Biotechnologiesin  mütəxəssisləri preparatın hazırlanması üzərində iş aparırlar.

 

Alimlər qeyd edirlər ki, onların təklif etdiyi müalicə elə ilk gündən öz effektivliyini nümayiş etdirəcək, kursun müddəti isə bir neçə ay təşkil edəcək.

 

Onların sözlərinə görə, əks effekti minimm, yaxud 0-a bərabər olacaq. Dərmanın qiymətinə gəldikdə, bazarda hazırda təklif olunanla müqayisədə xeyli aşağı nəzərdə tutulur. Xərçəng hüceyrələrini öldürən tərkibli xərçəng əleyhinə peptidlərdən olan terapiyaya MuTaTo adı verilib.

 

Müalicə fərdi olacaq, “dərman “kokteyli” isə xəstələrə xərçəngin növündən asılı olaraq veriləcək.

 

 

 

(Visited 108 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir