Amerikanın onkologiya cəmiyyətinin tədqiqatçıları söyləyiblər ki, hər gün ət məhsullarından – kolbasa, sosiska, vetçina və digərlərindən istifadə edən insanların çoxu döş xərçənginə tutulur.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, alimlər ümumilikdə 1 milyondan çox qadının iştirak etdiyi 15 araşdırmanın nəticələrini təhlil ediblər. Nəticədə onlar belə qənaətə gəliblər ki, hər gün 25-30 qram emal edilmiş ət yeyənlərdə xərçəng riskinin inkişafı belə qidaları gündə minimum 2-5 qram qəbul edənlərlə müqayisədə 9 faiz çox olur.
Söhbət süni dad yaratmaq yolu ilə hazırlanan duzlaşdırılmış, hisə verilmiş, konservləşdirilmiş ətdən gedir.
Xərçəng riskinin artmasının meydana çıxması emal edilən ətdəki nitrit natriumunun (E-25) miqdarından asılıdır.
Tədqiqatçılar onu da əlavə edirlər ki, həddindən çox emal edilmiş ət məhsullarından istifadə təkcə döş xərçənginə yox, eyni zamanda xərçəngin digər növlərinə tutulmağa da gətirib çıxara bilər.